Medvedev Bakı ilə İrəvanı belə müqayisə etdi - Paylaşdığı şəkillərlə

Medvedev Bakı ilə İrəvanı belə müqayisə etdi - Paylaşdığı şəkillərlə

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev İrəvandan sonra bu gün Bakıya səfər edib.

Sfera.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Dmitri Medvedev hər iki ölkəyə səfəri ilə bağlı İnstagram sosial şəbəkəsindəki şəxsi hesabında fotolar paylaşıb.

Bakıdan Alov qüllələrinin şəklini paylaşan rus Baş nazir İrəvandan isə ümumi görüntü götürüb.

Qeyd edək ki, Medvedevin Bakıdan 3 saat əvvəl paylaşdığı foto, İrəvandan dünən paylaşdığı fotodan çox bəyənilib. Fotolar arasında fərq bir gün olsa da, Bakının Alov qüllələrinə 70 mindən çox, İrəvandakı fotoya isə cəmi 50 min "like" gəlib.


OXŞAR XƏBƏRLƏR