İlon Mask ABŞ-də hər uşağa “SpaceX” səhmi verəcək - İDDİA
Dünyanın ən varlı şəxslərindən biri, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın ABŞ-də yaşayan uşaqlara şirkət səhmləri hədiyyə edəcəyi ilə bağlı məlumat yayılıb.
Sfera.az xəbər verir ki, yayılan məlumata əsasən, İlon Mask 2027-ci ildə ABŞ-də yaşayan 18 yaşadək hər bir uşağa “SpaceX” şirkətinin bir səhmini verməyi planlaşdırıb. İddia edilən təşəbbüsün ümumi dəyərinin təxminən 10,5 milyard dollar olduğu bildirilib.
Məlumatda ABŞ-də 18 yaşdan kiçik təxminən 72 milyon uşağın yaşadığı qeyd olunur. Bununla belə, səhmlərin paylanması ilə bağlı rəsmi təsdiq və təşəbbüsün həyata keçirilmə mexanizmi barədə ətraflı məlumat yoxdur.
Səhmlər necə paylanacaq?
İlon Maskın belə bir təşəbbüsü reallaşdıracağı təqdirdə səhmlərin uşaqların adına qeydiyyata alınacağı, yoxsa onların valideynləri və ya qanuni nümayəndələri tərəfindən idarə ediləcəyi maraq doğurur. Paylanmanın şərtləri, səhmlərin hüquqi statusu və onların gələcəkdə satılması imkanları ilə bağlı da konkret məlumat açıqlanmayıb.
“SpaceX” kosmik nəqliyyat, insanlı kosmik uçuşlar və “Starlink” peyk interneti layihələri ilə tanınır. Şirkətin bazar dəyəri ilə bağlı qiymətləndirmələr isə investisiya əməliyyatlarından və bazar şərtlərindən asılı olaraq dəyişə bilər.
Qeyd edək ki, İlon Maskın bütün ABŞ uşaqlarına şirkət səhmi verməyi planlaşdırdığı barədə yayılan məlumatın etibarlı mənbə tərəfindən təsdiqlənməsi vacibdir.
Bəsti Rəfizadə
Sfera.az






