Rola görə 23 kilo arıqladı, sağlamlığını itirdi

Rola görə 23 kilo arıqladı, sağlamlığını itirdi
Kateqoriya məlum deyil
T

Türkiyəli aktrisa və komediya ustası Gupse Özay “Deliha” filmlərinə görə arıqladıqdan sonra ciddi sağlamlıq problemləri yaşadığını bildirib.

Sfera.az xəbər verir ki, aktrisa 2014-cü ildə ekranlara çıxan “Deliha” və 2018-ci ildə yayımlanan “Deliha 2” filmlərində canlandırdığı obraz üçün hər dəfə 23 kiloqram çəki aldığını deyib.

İlk filmdən sonra artıq çəkisini atmağı bacaran Özay ikinci filmdən sonra isə əvvəlki vəziyyətinə qayıda bilməyib.

O, bu barədə Ayşe Armanın proqramında danışıb. O, arıqlamaq üçün detoks düşərgəsində iştirak etdiyini, lakin gözlədiyi nəticəni əldə edə bilmədiyini söyləyib. Daha sonra həkim müayinəsindən keçən aktrisanın sözlərinə görə, analizlər zamanı TSH göstəricisi 185 olub. O, həmin dövrdə mədəaltı vəzi və qan şəkəri ilə bağlı problemlər yaşadığını da açıqlayıb.

Aktrisa səhhətində yaranan problemlərdən sonra rollarına görə bu cür ciddi fiziki dəyişikliklər etməməyə qərar verdiyini bildirib.

Aktrisa, bununla belə, “Deliha” obrazı üçün itirdiyi çəkiyə görə peşman olmadığını da vurğulayıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR