Roman Abramoviç Bodrumda 10 hektar torpaq alıb? – İDDİA
Rusiyalı milyarder Roman Abramoviçin Türkiyənin Bodrum şəhərində təxminən 10 hektar torpaq aldığı iddia edilib.
Sfera.az xəbər verir ki, jurnalist Fatih Altaylı bildirib ki, Abramoviç Bodrumun Kaplankaya ərazisində, iki özəl çimərliyi olan təxminən 100 dönümlük ərazi əldə edib.
Məlumata görə, sözügedən ərazidə üç özəl villanın tikilməsi planlaşdırılır. Digər iddialara əsasən isə burada vertolyot meydançası olan kurort kompleksinin yaradılması nəzərdən keçirilir.
Bodrum Otelçilər Assosiasiyasının rəhbəri Sərhat Əngəl də torpaq alışını təsdiqləyib. Lakin sövdələşmə ilə bağlı rəsmi açıqlama hələ verilməyib.
Qeyd edək ki, Bodrum son illərdə zəngin investorların diqqətini cəlb edən əsas turizm bölgələrindən biridir. Yalıkavak marinası, beynəlxalq hava limanına yaxınlığı və lüks kurortları ilə tanınan bölgə “Türkiyənin Sen-Tropesi” kimi də xarakterizə olunur.
Fatimə






