Fransada qatarla mikroavtobus toqquşdu: 19 nəfər...
Kateqoriya məlum deyil
T
Fransanın şimalında, La-Manş boğazı sahilində qatarla mikroavtobusun toqquşması nəticəsində 19 nəfər yüngül xəsarət alıb.
Sfera.az xəbər verir ki, qəza Pas-de-Kale departamentində, “Eurotunnel” ərazisində yerləşən nəqliyyat vasitələrinin qatara yüklənməsi platformasında baş verib.
Fransa polisi hadisə nəticəsində 19 nəfərin yüngül xəsarət aldığını bildirib. Hadisə yerinə təcili tibbi yardım briqadaları, helikopter və polis əməkdaşları cəlb olunub. Məlumata əsasən, yük maşını sürücülərini daşıyan mikroavtobus hərəkətə hazırlaşan qatarla toqquşub.
Hadisənin təfərrüatları barədə məlumat verilməyib.
İradə Elsevər






