Smartfon sahiblərinə xəbərdarlıq: Bu üsuldan istifadə etməyin

Smartfon sahiblərinə xəbərdarlıq: Bu üsuldan istifadə etməyin
Kateqoriya məlum deyil
T

Smartfon istifadəçilərinə telefonların USB girişlərini iynə və digər metal əşyalarla təmizləməmək tövsiyə olunub.

Bu üsul cihazın enerji girişindəki kontaktlara zərər verə və şarj problemlərinə səbəb ola bilər.

Sfera.az xəbər verir ki, bu barədə İtaliyanın “Everyeye” nəşri məlumat yayıb.

Məlumata görə, zaman keçdikcə telefonların USB girişində toz və xırda tullantılar toplanır. Bu isə kabelin girişdə möhkəm dayanmamasına, cihazın normal enerji yığmamasına və məlumat ötürülməsində problemlərə səbəb olur. İstifadəçilər bəzən bu çirkləri təmizləmək üçün iynədən istifadə etsələr də, mütəxəssislər bunun təhlükəli olduğunu bildirirlər.

Metal əşya ilə çirki çıxarmağa çalışarkən girişin daxilindəki kontaktlar cızıla və ya əyilə bilər. Belə olduqda problem sadə təmizləmə ilə aradan qalxmaya bilər. Telefon enerji mənbəyinə qoşulu olduğu zaman isə qısaqapanma riski də yaranır.

Nəşr telefonun USB girişini yoxlamazdan əvvəl cihazı söndürməyi və şarj kabelini ayırmağı tövsiyə edir. Çirk aydın görünürsə, onu metal olmayan vasitə ilə ehtiyatla çıxarmağa cəhd etmək olar. Bu zaman girişin mərkəzi hissəsinə təzyiq göstərilməməlidir.

Bununla yanaşı, “Apple” və “Samsung” telefonların təmizlənməsi zamanı sıxılmış havadan istifadə etməyi tövsiyə etmir. Çirki təhlükəsiz şəkildə çıxarmaq mümkün olmadıqda isə peşəkar servis mərkəzinə müraciət etmək məsləhət görülür.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR