Dərmanları bu 2 otaqda saxlamaq təhlükəlidir – Mütəxəssisdən xəbərdarlıq

Dərmanları bu 2 otaqda saxlamaq təhlükəlidir – Mütəxəssisdən xəbərdarlıq
Kateqoriya məlum deyil
T

Dərman preparatlarının hamam otağında saxlanılması onların keyfiyyətinə və təsirinə mənfi təsir göstərə bilər.

Sfera.az xəbər verir ki, bu barədə “Binnofarm Qrup”un tibbi məsləhətçilər qrupunun rəhbəri Tatyana Komyakova “RT”yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, isti duş və ya vanna qəbul edilərkən hamam otağında temperatur və rütubət yüksəlir. Otaq havalandırıldıqdan sonra isə bu göstəricilər dəyişir. Belə şəraitin hər gün təkrarlanması bəzi dərmanların sabitliyinə təsir edə bilər.

Mütəxəssis qeyd edib ki, temperatur və rütubət rejiminin pozulması preparatların fiziki xüsusiyyətlərini dəyişə, tərkibindəki təsiredici və köməkçi maddələrin sabitliyinə təsir göstərə bilər.

Komyakova dərmanların əksəriyyətini birbaşa günəş şüalarından və istilik mənbələrindən uzaq, quru və temperaturun sabit olduğu yerdə saxlamağı tövsiyə edib. Bununla belə, bütün dərmanlar üçün eyni saxlama şəraitinin olmadığını vurğulayıb.

Onun sözlərinə görə, hər bir preparatın saxlanma qaydaları ilə bağlı əsas məlumat məhz istifadə təlimatında göstərilir.

Qeyd edək ki, mütəxəssislər dərmanları mətbəxdə də saxlamaqdan çəkinməyi tövsiyə edirlər. Çünki burada da temperatur və rütubət dəyişiklikləri preparatların keyfiyyətinə təsir göstərə bilər.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR