“Skoda Group” Bakıda dəmir yolu ilə bağlı müəssisə qurmağı planlaşdırır

“Skoda Group” Bakıda dəmir yolu ilə bağlı müəssisə qurmağı planlaşdırır
Kateqoriya məlum deyil
T

Çexiyanın “Skoda Group” şirkəti Azərbaycanda dəmir yolu nəqliyyat vasitələrinin istehsalı və təmiri üzrə müəssisə yaratmağı planlaşdırır.

Layihənin həyata keçirilməsi yerli sənayenin inkişafına, yeni iş yerlərinin açılmasına və müasir texnologiyaların Azərbaycana transferinə imkan yarada bilər.


Sfera.az “JAM News”a istinadən xəbər verir ki, şirkət yeni müəssisədən Azərbaycanda, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindəki müştərilərə xidmət göstərmək üçün istifadə etməyi nəzərdə tutub.


Planlar oktyabrın 12-də Çexiyanın nəqliyyat naziri İvan Bednarik və Azərbaycanın Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) nümayəndələri arasında keçirilən görüş zamanı müzakirə olunub. Görüşdə AZCON-un rəhbəri Şahin Babayev, Bakı Metropoliteninin sədri Vüsal Aslanov və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov da iştirak ediblər.


“Skoda Group”un sədr müavini Tomas Ignacak bildirib ki, şirkət Azərbaycanda yerli tərəfdaşla əməkdaşlıq qurmaq və istehsalı mərhələli şəkildə genişləndirmək niyyətindədir.


Təklif yalnız dəmir yolu nəqliyyat vasitələrinin tədarükünü deyil, həmçinin texniki xidmət və təmir işlərini, yerli mütəxəssislərin hazırlanmasını, Azərbaycanda məhsul təchizatı zəncirində iştirak edən şirkətlərin prosesə cəlb olunmasını və Avropa istehsalı texnologiyaların transferini əhatə edir.


Bununla belə, layihə hələ planlaşdırma mərhələsindədir. İnvestisiyanın həcmi, müəssisənin istehsal gücü və fəaliyyətə başlayacağı tarixlə bağlı konkret məlumat açıqlanmayıb.

Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR