Brüsseldə məktəbdə uşaqlar zəhərləndi
Kateqoriya məlum deyil
T
Belçikanın paytaxtı Brüsseldə yerləşən məktəblər kompleksində 17-si uşaq olmaqla 18 nəfər dəm qazından zəhərlənib.
Sfera.az xəbər verir ki, “Le Soir” qəzetinin verdiyi məlumatına görə, hadisə “Saint-Gilles” bölgəsində yerləşən, orta məktəb, ibtidai məktəb və uşaq bağçasını əhatə edən “Saint-Jean-Baptiste de La Salle” İnstitutunda baş verib.
“Saint-Gilles bələdiyyəsinin meri Jean Spinette hadisəyə məktəbin qazanxanasında yaranan nasazlığın səbəb olduğunu deyib.
Hadisə ilə əlaqədar məktəb təxliyə edilib, zəhərlənən 18 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra məktəb binası təxliyə edilib.
İradə Elsevər






