Ukrayna ordusunun “Starlink” internetinin sürəti məhdudlaşdırıldı

Ukrayna ordusunun “Starlink” internetinin sürəti məhdudlaşdırıldı
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Sergey Beskrestnov ABŞ-nin “SpaceX” şirkətinin Ukrayna ordusunun istifadə etdiyi peyk internetinin sürətini məhdudlaşdırdığını və bunun bəzi hərbi tapşırıqların icrasına mane olduğunu iddia edib.

Sfera.az xəbər verir ki, müdafiə texnologiyalarının inkişafı üzrə məsul olan müşavir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Beskrestnovun sözlərinə görə, “SpaceX” gecə saatlarında Ukrayna ordusunun istifadə etdiyi peyk interneti xidmətinə sürət məhdudiyyəti tətbiq edib.

O, məhdudiyyətin “StarShield” xidmətinin hərbi paketi üzrə tətbiq olunduğunu bildirib. Müşavir iddia edib ki, Ukraynanın müdafiə qüvvələrinə sürət məhdudiyyəti barədə əvvəlcədən məlumat verilməyib.

Onun sözlərinə görə, bu addım bəzi hərbi tapşırıqların icrasında problemlərə səbəb olub. Beskrestnov hadisənin təsadüfi olmadığını və mövcud siyasi vəziyyətlə əlaqəli olduğunu da irəli sürüb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR