Kamala Harris: Seçkiləri indidən saxtalaşdırırlar

Kamala Harris: Seçkiləri indidən saxtalaşdırırlar
Kateqoriya məlum deyil
T

ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris ölkədə seçkilərin ədalətli və azad keçirilməsinə mane olan cəhdlərin olduğunu iddia edib.

Sfera.az xəbər verir ki, Harris süni intellektin yanlış və dezinformasiya xarakterli məlumatların yayılmasını artırdığını bildirib.

O, seçici siyahılarının təmizlənməsini və seçki dairələrinin vaxtından əvvəl yenidən müəyyənləşdirilməsini seçki prosesində saxtakarlıq nümunələri kimi göstərib.

Qeyd edək ki, ABŞ-də aralıq Konqres seçkiləri 2026-cı il noyabrın 3-də keçiriləcək.

Fatimə Ələkbər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR