Rusiyanın ən böyük bankına PUA hücumu oldu

Rusiyanın ən böyük bankına PUA hücumu oldu
Kateqoriya məlum deyil
T

Rusiyanın ən böyük bankı olan “Sber”in Saratov vilayətində yerləşən məlumat mərkəzi pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alınıb.

Sfera.az xəbər verir ki, “Sber”in İdarə Heyətinin birinci sədr müavini Aleksandr Vedyaxin Moskvada jurnalistlərə açıqlamasında bankın Saratov vilayətindəki məlumat mərkəzinə hücum edildiyini təsdiqləyib.


Onun sözlərinə görə, hücum Balakovo şəhərində yerləşən məlumat mərkəzini hədəf alıb. Vedyaxin hadisədən sonra bankın rəqəmsal infrastrukturunda hər hansı xidmət fasiləsinin yaranmadığını bildirib.


O, Sberin bütün sistem və xidmətlərinin normal işlədiyini vurğulayıb.


Qeyd edək ki, Rusiyanın texnologiya şirkəti Yandex oktyabr ayında müxtəlif bölgələrdəki məlumat mərkəzlərinin PUA hücumları nəticəsində zərər gördüyünü açıqlayıb.


Hücumların ardından Yandexin bəzi xidmətlərində fasilələr və texniki problemlər yaranıb.
Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 13-də verdiyi açıqlamada məsələnin hökumət tərəfindən araşdırıldığını və şirkətin hücumların nəticələrini aradan qaldırmaq üçün iş apardığını qeyd edib.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR