Moskva bu ilin ən böyük dron hücumu ilə üzləşdi
Kateqoriya məlum deyil
T
Rusiyanın paytaxtı Moskva bu il ən böyük dron hücumlarından biri ilə üzləşib.
Sfera.az xəbər verir ki, TASS agentliyi Moskva meri Sergey Sobyaninin açıqlamasına istinadən məlumat yayıb.
Sobyaninin sözlərinə görə, oktyabrın 12-si axşamından oktyabrın 13-ü səhərinədək Moskva vilayətinə doğru 417 pilotsuz uçuş aparatı hərəkət edib. Hava hücumundan müdafiə qüvvələri dronların əksəriyyətini uzaq məsafədə zərərsizləşdirib.
Qeyd edək ki, bu il ən böyük dron hücumu sentyabrın 19-da qeydə alınıb. Həmin gecə 1600-dən çox dron vurulub, onlardan 450-si Moskvanı hədəf alıb.
Fatimə Ələkbər
Sfera.az






