Türkiyədə beynəlxalq narkotik şəbəkəsinə zərbə - 163 nəfər saxlanıldı
Kateqoriya məlum deyil
T
Türkiyədə beynəlxalq narkotik ticarəti ilə məşğul olan cinayətkar qruplaşmalara qarşı istintaq çərçivəsində 163 şübhəli barəsində saxlanılma qərarı verilib.
Sfera.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun məlumatına görə, qruplaşmalar müxtəlif ölkələr arasında ümumilikdə 10 tondan çox narkotikin daşınmasında iştirak ediblər. İstintaq zamanı 35 belə daşınma faktı müəyyən edilib.
Şübhəlilərdən 60-nın tutulması üçün əməliyyat keçirilib, xaricdə olan şəxslərin beynəlxalq axtarışa verilməsi istiqamətində tədbirlərə başlanılıb. Bundan başqa, 163 nəfərin bank hesablarına və kriptovalyuta aktivlərinə, 556 daşınmaz əmlaka, 155 nəqliyyat vasitəsinə və 71 şirkətdəki paylara həbs qoyulub. İstintaq davam edir.
Fatimə Ələkbər
Sfera.az






