Teylor Svift sevgilisi ilə əl-ələ görüntüləndi - FOTO
Dünyaca məşhur müğənni Teylor Svift və amerikalı futbolçu Travis Kelsi Nyu-Yorkda şam yeməyindən sonra birlikdə görüntüləniblər.
Sfera.az bildirir ki, “People” nəşrinin məlumatına görə, cütlük oktyabrın 9-da Manhettenin Vest-Villac məhəlləsində yerləşən “Jane Hotel”dən çıxarkən əl-ələ görüntülənib.
36 yaşlı müğənni gecə gəzintisi üçün yaşıl sviter, tünd rəngli şalvar və ayaqqabı seçib. Onun çiyinlərinə qədər uzanan, buruq yeni saç düzümü də diqqət çəkib. 37 yaşlı Travis Kelsi isə açıq rəngli polo köynək və tünd şalvar geyinib.
Cütlüyün Nyu-Yorkdakı görüşü Kelsinin doğum günündən bir neçə gün sonraya təsadüf edib. Oktyabrın 5-də 37 yaşını qeyd edən futbolçu həmin gün Sviftlə birlikdə şəhərin SoHo məhəlləsindəki “Torrisi” restoranında nahar edib.
Kelsi oktyabrın 7-də qardaşı Ceyson Kelsi ilə aparıcılıq etdiyi “New Heights” podkastında ad günü təəssüratlarından danışıb. O, günü əyləncəli keçirdiyini, sevimli restoranlarından birinə getdiyini və Teylorla vaxt keçirdiyini bildirib.
Cütlük son aylarda birlikdə ictimai tədbirlərdə və şəhər gəzintilərində tez-tez görünür. Onların son görüntüləri də pərəstişkarlarının diqqətini çəkib.
Fatimə







