Ssenarisi dəyişir...
Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialında ssenari komandası dəyişir. Serialın ilk bölümündən etibarən hekayəni yazan Melis Civelek və Zeynep Gür layihədən ayrılıb.
Sfera.az bildirir ki, Türkiyə mediasının məlumatına görə, serialın 143-cü bölümündən etibarən ssenari yeni müəlliflər tərəfindən hazırlanacaq.
Yeni komandaya Ozan Yurdakul, Meryem Gür, Burcu Över və Caner Güler daxil olub. Onlardan Ozan Yurdakul uzun illər Türkiyənin məşhur “Arka Sokaklar” serialının ssenarisi üzərində çalışması ilə tanınır.
Melis Civelek və Zeynep Gürün digər layihələrə, o cümlədən “Anne Yarısı” və “Mavi Orkide” seriallarına diqqət ayıracaqları bildirilir.
“Kızılcık Şerbeti”nin istehsalçısı Gold Film də iki ssenaristin layihədən ayrıldığını təsdiqləyib. Şirkət onların serialın ilk bölümündən etibarən hekayənin formalaşmasında mühüm rol oynadıqlarını vurğulayaraq təşəkkür edib və yeni layihələrində uğurlar arzulayıb.
Qeyd edək ki, beşinci mövsümü yayımlanan serial Türkiyədə böyük izləyici marağına səbəb olur. Ssenari komandasında baş verən dəyişiklikdən sonra hadisələrin gedişatının və obrazlar arasındakı münasibətlərin necə inkişaf edəcəyi maraq doğurur.
Fatimə






