Mert Ramazan yeni serialda və baş rolda olacaq
Kateqoriya məlum deyil
T
Türkiyəli aktyor Mert Ramazan Dəmir yeni layihə ilə ekranlara qayıtmağa hazırlaşır. Aktyor “Susuz Yaz” adlı serialda baş rolu canlandıracaq.
Sfera.az bildirir ki, Türkiyə mediasının məlumatına görə, serialın çəkilişlərinə Adanada başlanılıb. Layihədə Mert Ramazan Dəmirlə yanaşı, aktrisa Lizge Cömert də rol alacaq.
Yeni ekran işinin süjet xətti və digər aktyor heyəti ilə bağlı ətraflı məlumatın yaxın günlərdə açıqlanacağı gözlənilir.
“Yalı Çapkını” serialı ilə geniş tamaşaçı auditoriyasının diqqətini çəkən Mert Ramazan Dəmirin yeni layihəsi sosial şəbəkələrdə də maraq doğurub. Tamaşaçılar aktyorun bu dəfə hansı obrazı canlandıracağını və serialın nə vaxt yayımlanacağını gözləyirlər.
Fatimə
Açar sözlər:






