Zelenski Trampın razılaşmasından narazıdır: “Bu, müharibəyə investisiyadır”

Zelenski Trampın razılaşmasından narazıdır: “Bu, müharibəyə investisiyadır”
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə dizel yanacağının tədarükü barədə əldə etdiyi razılaşmanı sərt tənqid edib. O, Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının Moskvanın müharibəni davam etdirməsinə şərait yaradacağını bildirib.

Sfera.az xəbər verir ki, Zelenski Rusiyaya tətbiq edilən sanksiyaların qarşılıqlı və davamlı gərginliyin azaldılmasını nəzərdə tutan razılaşma olmadan yumşaldılmasını açıq zəiflik əlaməti kimi qiymətləndirib.

Ukrayna liderinin sözlərinə görə, belə bir qərar Rusiyanın maraqlarına xidmət edəcək, daha çox insanın öldürülməsinə, müharibənin uzanmasına, ABŞ-yə qarşı hörmətsizliyin artmasına, eləcə də dünyaya daha böyük itkilər və zərər vurulmasına imkan yaradacaq.

Zelenski bildirib ki, Putinə verilən hədiyyələr sülh gətirməyəcək və sivil dünyaya heç bir fayda verməyəcək. O, Rusiyanın dizel yanacağından əldə etdiyi gəlirlərin əvəzini daha çox terror və xəyanətlə çıxacağını vurğulayıb:

“Rusiyanın neft məhsulları satmasına icazə vermək, sona çatdırılmalı olan müharibəyə investisiya qoymaq deməkdir. Halbuki bu müharibə uzadılmamalıdır”.

Zelenski həmçinin Rusiya ilə münasibətlərdə qarşılıqlı əsasda real gərginliyin azaldılmasına ehtiyac olduğunu bildirib. Onun fikrincə, Moskva ilə razılaşma olmadan iqtisadi təzyiqin zəiflədilməsi sülh səylərinə zərər vuracaq.

Qeyd edək ki, Donald Tramp oktyabrın 9-da Vladimir Putinlə telefon danışığından sonra Rusiyanın ABŞ-yə və dünya bazarına dizel yanacağı tədarük etməsi barədə razılıq əldə olunduğunu açıqlayıb. Tramp bu addımın amerikalılar üçün yanacaq qiymətlərinin aşağı salınmasına xidmət etdiyini bildirib. Razılaşma Ukrayna nümayəndə heyətinin müharibənin dayandırılması yollarını müzakirə etmək üçün ABŞ-də olduğu vaxt elan edilib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR