ABŞ səfiri rüşvətlə təyin edilib? - Araşdırma aparılır

ABŞ səfiri rüşvətlə təyin edilib? - Araşdırma aparılır
Kateqoriya məlum deyil
T

ABŞ-nin Yunanıstandakı səfiri Kimberli Qilfoyl və onun rəhbərlik etdiyi səfirlik barəsində araşdırmaya başlanılıb. Araşdırma səfirin 100 min dollarlıq kredit kartı borcunun ödənilməsi ilə bağlı irəli sürülən iddialarla əlaqədardır.

Sfera.az xəbər verir ki, bu barədə "NBC News" qərardan məlumatlı iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət Departamentinin Baş müfəttişinin ofisi tərəfindən başladılan araşdırma hüquqşünas, məsləhətçi, həmçinin ABŞ Prezidenti Donald Trampın uzunmüddətli tərəfdarı və maliyyə dəstəkçisi Erik Ditersin iddialarından sonra gündəmə gəlib.

Diters iddia edir ki, 2025-ci ildə Qilfoylun səfir vəzifəsinə namizədliyinin təsdiqi ilə bağlı dinləmələrdən əvvəl o, 100 min dollarlıq “American Express” kredit kartı borcunu ödəməyi xahiş edib. Bunun müqabilində isə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri ilə əlaqə yaratmaq imkanı təklif olunub.

“Onun həmin 100 min dollara ehtiyacı var idi. Bu, xidmətlərin mübadiləsi idi”, – deyə Diters "NBC News"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, daha əvvəl “Fox News” telekanalında çalışan Qilfoyl Trampın seçki kampaniyasını fəal şəkildə dəstəkləyib və prezidentin oğlu Donald Tramp kiçiyin nişanlısı olub.

Diters iddia edir ki, Qilfoyl ona Trampın ətrafında istənilən məsələ ilə bağlı müraciət edə biləcəyini bildirib. O, həmçinin "NBC News"a mətn mesajlarının və “Signal” tətbiqindəki yazışmaların yer aldığı PDF faylı təqdim edib. Həmin yazışmalar daha əvvəl “The Wall Street Journal” nəşrində dərc olunub.

Yazışmalardan birində Qilfoylun pulun birbaşa “American ABŞ-nin Yunanıstandakı səfiri Kimberli Qilfoyl və onun rəhbərlik etdiyi səfirlik barəsində 100 min dollarlıq kredit kartı borcunun ödənilməsi ilə bağlı irəli sürülən iddialara görə araşdırma başladılıb.

ABŞ Dövlət Departamentinin Baş müfəttişinin ofisi tərəfindən aparılan araşdırma hüquqşünas və Donald Trampın maliyyə dəstəkçisi Erik Ditersin ittihamlarına əsaslanır. Diters iddia edir ki, 2025-ci ildə Qilfoylun səfir vəzifəsinə namizədliyi təsdiqlənməzdən əvvəl o, 100 min dollarlıq “American Express” kredit kartı borcunu ödəməyi xahiş edib. Bunun müqabilində isə ABŞ administrasiyasının yüksək vəzifəli şəxsləri ilə əlaqə yaratmaq imkanı təklif olunub. Yazışmalara görə, səfir pulun birbaşa şirkətə köçürülməsini və beləcə ödənişin gizli qalmasını istəsə də, Diters nəticədə bu məbləği ödəmədiyini bildirib.

Qilfoylun vəkili yazışmaların həqiqiliyini təkzib etsə də, hansı materialların etibarsız olduğunu dəqiqləşdirməyib. Ağ Ev məsələyə şərh verməkdən imtina edib, ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə yekun nəticə çıxarmağa tələsməməyə və faktların araşdırılmasını gözləməyə çağırıb. Eyni zamanda, Konqresdə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin demokrat lideri Qreqori Miks Dövlət katibi Marko Rubioya məktub göndərərək iddialarla bağlı əlavə məlumat istəyib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti əvvəllər də oxşar diplomatik pozuntuları araşdırıb. Donald Trampın ilk prezidentlik dövründə ABŞ-nin Böyük Britaniyadakı səfiri Vudi Conson əməkdaşlarına qarşı yolverilməz ifadələr işlətməkdə, 2024-cü ildə isə Sinqapur səfiri Conatan Kaplan işçiləri hədələməkdə və 48 min dollarlıq ezamiyyət xərclərində şəffaflığı pozmaqda ittiham olunub.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR