Paşinyanın videosunda Azərbaycan mahnısının səslənməsinə AYDINLIQ

Paşinyanın videosunda Azərbaycan mahnısının səslənməsinə AYDINLIQ
Kateqoriya məlum deyil
T

Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkmənistanda velosiped sürərkən Azərbaycan mahnısının sədaları altında video paylaşması müzakirələrə səbəb olub.

Tənqidlərdən sonra baş nazirin mətbuat xidməti məsələ ilə bağlı açıqlama verib.


Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın Factor.am nəşri məlumat yayıb.


Baş nazirin mətbuat xidmətindən bildirilib ki, Paşinyanın paylaşımında eşidilən musiqi Türkənistanın Türkmənbaşı şəhərindəki fəvvarələrdən səslənib.

“Baş nazirin paylaşımında eşidilən musiqi fəvvarələrdən gəlir və fəvvarələrin musiqisidir. Video səhər saat 05:30-da çəkilib. Baş nazirin diqqətini də məhz həmin vaxt fəvvarələrin musiqi sədaları altında işləməsi cəlb edib”, – deyə açıqlamada qeyd olunub.


Xatırladaq ki, Nikol Paşinyan Türkmənbaşı şəhərində velosiped sürərkən çəkdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. O, izləyicilərinə “Sabahınız xeyir, gününüz xoş keçsin, hamınızı sevirəm” sözləri ilə müraciət edib. Videonun fonunda azərbaycanlı müğənni Zeynəb Həsəninin ifa etdiyi “Aram-aram” mahnısı səslənib.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR