Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozun da olduğu 3 şübhəli saxlanılıb və Ç.Bozun test nəticəsi pozitiv çıxıb. Polisdəki prosedurların ardından məhkəməyə göndərilən şübhəlilərdən Emek Emre və Ünal Demir həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Çağla Boz isə ev dustaqlığı formasında məhkəmə nəzarəti tədbiri tətbiq edilməklə sərbəst buraxılıb. Məhkəmə-Tibb Ekspertizası Qurumuna qan, saç və sidik nümunələri təqdim edən Bozun narkotik testi ilə bağlı nəticələr də açıqlanıb. “Burak Doğan”ın xəbərinə görə, aktrisanın narkotik testi müsbət nəticə verib. Onun saç nümunəsində kokain maddəsinin aşkarlandığı bildirilib. Bundan başqa, İstanbul İl Jandarma Komandanlığı əməkdaşlarının Çağla Bozun evində apardığı axtarış zamanı həssas tərəzi də aşkarlanıb. 1999-cu il təvəllüdlü Çağla Boz karyerasına moda sahəsində başlayıb. O, 2019-cu ildə Nyu-York Moda Həftəsində podiuma çıxıb.
Bəsti Rəfizadə
Sfera.az





