Dünyanın ən sürətli interneti hansı ölkələrdədir?

“Speedtest”-in qlobal məlumatlarına əsasən mobil internet sürətinə görə Birləşmiş Ərəb Əmirlikləri dünyada ilk sırada yer alır.
Sfera.az xəbər verir ki, ölkədə mobil internetin orta yükləmə sürəti 675,51 Mbit/s təşkil edir. Qətər 535,94 Mbit/s ilə ikinci, Küveyt isə 399,92 Mbit/s ilə üçüncü sıradadır.
Mobil internet sürətinə görə ilk 12 ölkə:
Birləşmiş Ərəb Əmirlikləri – 675,51 Mbit/s
Qətər – 535,94 Mbit/s
Küveyt – 399,92 Mbit/s
Almaniya – 291,96 Mbit/s
Braziliya – 272,04 Mbit/s
Cənubi Koreya – 250,56 Mbit/s
Bəhreyn – 243,48 Mbit/s
Səudiyyə Ərəbistanı – 224,54 Mbit/s
Vyetnam – 219,93 Mbit/s
Bolqarıstan – 203,13 Mbit/s
ABŞ – 186,64 Mbit/s
Çin – 176,16 Mbit/s
Qlobal miqyasda sabit internetin orta yükləmə sürəti 129,68 Mbit/s, yükləmə sürəti isə 64,69 Mbit/s-dir.
Sabit internet sürətinə görə Sinqapur 462,50 Mbit/s göstərici ilə ilk sıradadır. Birləşmiş Ərəb Əmirlikləri 382,40 Mbit/s ilə ikinci, Çili 364,48 Mbit/s ilə üçüncü, Honq-Konq 362,27 Mbit/s ilə dördüncü, Fransa isə 332,10 Mbit/s ilə beşinci yerdədir.
Sabit internetdə ən yüksək sürətə malik ölkə və ərazilər:
Sinqapur – 462,50 Mbit/s
Birləşmiş Ərəb Əmirlikləri – 382,40 Mbit/s
Çili – 364,48 Mbit/s
Honq-Konq – 362,27 Mbit/s
Fransa – 332,10 Mbit/s
Makao – 321,88 Mbit/s
ABŞ – 307,16 Mbit/s
Vyetnam – 301,48 Mbit/s
Tailand – 298,92 Mbit/s
İsrail – 297,97 Mbit/s
Tayvan – 297,86 Mbit/s.
Mənsumə






