Pinqvinlər yox olacaq - İDDİA

Pinqvinlər yox olacaq - İDDİA
Kateqoriya məlum deyil
T

İqlim böhranı qütb bölgələrində dəniz buzlarının sürətlə əriməsinə və ekosistemlərin dəyişməsinə səbəb olub. Bu proses xüsusilə imperator pinqvinləri üçün ciddi təhlükə yaradıb.


Sfera.az xəbər verir ki, AFP-nin məlumatına görə, Avropa İttifaqının “Copernicus” Dəniz Xidməti tərəfindən hazırlanan Okean Vəziyyəti Hesabatında dünya okeanlarında baş verən dəyişikliklər əksini tapıb.


Hesabata əsasən, 1982-2024-cü illər arasında Şimal Buzlu okeanında dəniz səthi və dəniz buzunun temperaturu 4,2 dərəcə Selsi yüksəlib. Eyni dövrdə qlobal dəniz səthinin temperaturu isə hər onillikdə orta hesabla 0,12 dərəcə artıb.


Dəniz buzlarının azalması Antarktidadakı imperator pinqvinlərinin də çoxalmasına mənfi təsir göstərir. 2022-ci ildə Antarktida dəniz buzlarının rekord səviyyədə azalmasından sonra pinqvinlər arasında genişmiqyaslı çoxalma uğursuzluğu qeydə alınıb.


Mütəxəssislərin məlumatına görə, imperator pinqvin balaları su keçirməyən tükləri formalaşmadan suya düşdükdə soyuq suda tələf ola bilirlər.


Hesabatda xəbərdarlıq edilib ki, dəniz buzlarının əriməsi indiki sürətlə davam edərsə, 2100-cü ilə qədər imperator pinqvin koloniyalarının 90 faizindən çoxu demək olar ki, tamamilə yox ola bilər.


Bəsti Rəfizadə
Sfera.az


Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR