Avropa Ukraynaya yardım məsələsində təzyiq altındadır

Kateqoriya məlum deyil
T
Avropa ölkələri Ukraynaya hərbi və maliyyə yardımı göstərilməsi ilə bağlı artan təzyiqlə üzləşir.
Sfera.az xəbər verir ki, bu barədə “Politico” yazıb.
Nəşrin məlumatına görə, ABŞ-nin Ukraynaya yardımının böyük hissəsini dayandırmasından sonra Kiyevi əsas silah və maliyyə vəsaiti ilə təmin edən Avropa ölkələrinin üzərinə daha böyük yük düşüb.
Məqalədə qeyd olunur ki, Ukraynanın hərbi əməliyyatları maliyyələşdirmək üçün əlavə vəsaitə ehtiyacı var. Qışın yaxınlaşması ilə Kiyev maliyyə çatışmazlığı və ehtiyatların tükənməsi ilə üzləşir.
Bundan əvvəl Fransanın “Le Monde” qəzeti Avropa İttifaqının bir sıra rəsmilərinin Ukraynaya göstərilən maliyyə yardımını “səhraya su tökmək”lə müqayisə etdiyini yazmışdı.
İnci
Sfera.az






