Afrikada silahlı hücum: 17 ölü, 15 yaralı

Afrikada silahlı hücum: 17 ölü, 15 yaralı
Kateqoriya məlum deyil
T

Cənubi Afrikanın Qautenq əyalətinin Vedela şəhərində əyləncə məkanına silahlı hücum nəticəsində 17 nəfər ölüb, 15 nəfər yaralanıb.


Sfera.az xəbər verir ki, polisin məlumatına görə, şəxsiyyəti hələ müəyyənləşdirilməyən səkkiz silahlı şəxs şənbə günü yerli vaxtla saat 21:30 radələrində Qərbi Rand bölgəsində yerləşən əyləncə məkanına gəlib.


Silahlılar əvvəlcə məkanın qarşısında olan müştərilərə atəş açıb, daha sonra içəri daxil olaraq atəş açmağa davam ediblər.


Hadisə nəticəsində 13 kişi və 4 qadın hadisə yerində həyatını itirib. Yaralanan 15 nəfər isə tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.


Polis hücumun motivlərini və şübhəlilərin kimliyini müəyyənləşdirmək üçün araşdırma aparır.


İradə Elsevər

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR