Bu ölkədə yemək də, qalmaq da pulsuzdur

Bu ölkədə yemək də, qalmaq da pulsuzdur
Kateqoriya məlum deyil
T

Argentinanın məşhur turizm bölgələrindən olan San-Martin de los Andes şəhərində səyahət edənlər üçün maraqlı imkan yaradılıb.

Sfera.az xəbər verir ki, burada həftədə 24 saat könüllü iş görən şəxslərə pulsuz yaşayış və yemək təklif olunur.

Proqrama qoşulanlardan mövsümə uyğun olaraq ümumi ərazilərin təmizlənməsi, bağ işləri, ev heyvanlarına qulluq və qış aylarında odun hazırlanması kimi gündəlik işlərdə həftədə 24 saat iştirak etmək tələb olunur.

Proqramın minimum müddəti iki həftədir. Həm tək səyahət edənlər, həm də cütlüklər müraciət edə bilər.

Könüllülər gördükləri işin qarşılığında digər iştirakçılarla birlikdə paylaşılan otaqlarda qalacaq, hər gün pulsuz səhər yeməyi və naharla təmin olunacaqlar. Onlara tam təchiz olunmuş mətbəxdən, yüksək sürətli internetdən və pulsuz camaşırxanadan istifadə imkanı da veriləcək.

Bundan əlavə, iştirakçılar həftədə iki gün istirahət edə biləcəklər. Həmin günlərdə bölgənin dağlarını, göllərini və təbiətini kəşf etmək mümkündür. Ev sahibləri könüllülər üçün müxtəlif ərazi gəzintiləri və təbiət yürüşləri də təşkil edir.

Proqramda iştirak etmək istəyənlər Worldpackers platformasında profil yaradaraq ev sahibi ilə əlaqə saxlaya bilərlər.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR