Bill Qeytsdən süni intellekt xəbərdarlığı: "İnsanlar ölə bilər"

Bill Qeytsdən süni intellekt xəbərdarlığı: "İnsanlar ölə bilər"
Kateqoriya məlum deyil
T

"Microsoft"un qurucusu Bill Qeyts süni intellektin bədniyyətli şəxslərin əlinə keçəcəyi təqdirdə böyükmiqyaslı insan tələfatına səbəb ola biləcək qədər güclü olduğunu bildirib.

Sfera.az xəbər verir ki, Qeyts bu barədə "NBC News" telekanalına müsahibəsində danışıb. O, süni intellekt sahəsində şirkətlərin özünü tənzimləməsinin kifayət etmədiyini deyərək, ABŞ-də siyasətçilərin və hüquq-mühafizə orqanlarının təhlükəsizlik tədbirlərinin müəyyənləşdirilməsi və nəzarət mexanizmlərinin yaradılması prosesinə cəlb olunmasının vacibliyini vurğulayıb.

Sfera.az xəbər verir ki, iş adamının sözlərinə görə, şirkətlərin süni intellektin inkişafını könüllü şəkildə yavaşlatması kifayət deyil:

"Bədniyyətli şəxslərin ən son süni intellekt vasitələrindən istifadə edərək genişmiqyaslı zərər törətməsinin qarşısını almaq üçün hüquqi tənzimləmə tətbiq edilməlidir".

Qeyts süni intellektin yaratdığı risklərin yalnız uzaq gələcəklə bağlı olmadığını da deyib.

Süni intellektin inkişaf sürəti və təhlükəsizliyi ilə bağlı texnologiya şirkətləri arasında da fikir ayrılıqları mövcuddur. OpenAI rəhbəri Sem Altman beynəlxalq standartların və insan nəzarətinin vacibliyini vurğulasa da, Meta rəhbəri Mark Zukerberq hər bir şirkətin təhlükəsizlik tədbirlərini öz daxilində həyata keçirməsinin tərəfdarıdır.

ABŞ-nin bəzi ştatlarında, o cümlədən Kaliforniya, Merilend və Nyu-Yorkda süni intellektin təhlükəsizliyi və şirkətlərin məsuliyyəti ilə bağlı yeni tənzimləmə addımları da atılıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR