10 dəqiqəlik qaçış beyində bunu dəyişir

Yaponiyanın Tsukuba universitetində aparılan araşdırmada cəmi 10 dəqiqəlik yavaş qaçışın belə beyin fəaliyyətinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub.
Sfera.az xəbər verir ki, tədqiqat zamanı iştirakçılar 10 dəqiqə ərzində yüngül tempdə qaçıblar. Nəticələr göstərib ki, məşqdən sonra beynin diqqət, qərarvermə və emosiyaların idarə olunmasında mühüm rol oynayan prefrontal korteks nahiyəsində aktivlik artıb.
Bununla yanaşı, iştirakçıların əhval-ruhiyyəsi və motivasiyası yaxşılaşıb, diqqət və reaksiya sürətində də müsbət dəyişikliklər müşahidə olunub.
Alimlər bildirirlər ki, yüksək intensivlikli məşqlər etməyə vaxtı və ya fiziki hazırlığı olmayan insanlar üçün qısa müddətli, yavaş tempdə qaçış belə zehni fəaliyyət baxımından faydalı ola bilər.
Araşdırmada həmçinin qaçış zamanı yaranan ritmik baş hərəkətləri ilə məşqdən sonra hiss edilən rahatlıq və xoş əhval arasında əlaqə olduğu müəyyənləşdirilib.
Mənsumə






