Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
Kateqoriya məlum deyil
T

Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə birlikdə ifa etdiyi “Nəyindən narahatsan” adlı duet barədə danışıb.

Alim Qasımov Sfera.az-a açıqlamasında bildirib ki, duet təklifi Üzeyir Mehdizadədən gəlib.

“Üzeyir Mehdizadə məni dəvət etdi. Mahnını dinlədim, söz və musiqisi xoşuma gəldi. Ona görə mahnını birlikdə duet oxumaq qərarına gəldik”,- deyə Alim Qasımov bildirib.

Xalq artisti mahnının dinləyicilər tərəfindən necə qarşılanacağı ilə bağlı isə bunun zövq məsələsi olduğunu deyib:

“Mahnının insanlar tərəfindən necə qarşılanacağına gəlincə, artıq o işlərə qarışmıram. Mahnı seçimi zövq məsələsidir. Burada min narazı, min razı fikir ola bilər”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR