iOS 27 yayımlandı: “iPhone”lara gələn yeni funksiyalar

iOS 27 yayımlandı: “iPhone”lara gələn yeni funksiyalar
Kateqoriya məlum deyil
T

“Apple” şirkəti “iPhone” modelləri üçün iOS 27 yeniləməsini istifadəyə verib. Yeni versiya ilə süni intellekt imkanları genişləndirilib, sistem tətbiqləri yenilənib və cihazların performansının artırılması üçün bir sıra dəyişikliklər edilib.

Sfera.az xəbər verir ki, iOS 27-nin əsas yeniliklərindən biri “Siri” səsli köməkçisinin imkanlarının genişləndirilməsidir. Yeni “Siri” istifadəçinin danışığının məzmununu daha yaxşı anlayacaq, mesajlar, elektron məktublar və fotoşəkillərdəki məlumatları birlikdə təhlil edə biləcək. İstifadəçilər “Siri” vasitəsilə mətnləri redaktə edə, yenidən yaza və ekranda görünən məzmunla bağlı məlumat ala biləcəklər.

“Fotoşəkillər” tətbiqində süni intellekt vasitəsilə fotoların kənarlarını genişləndirmək, görüntünün perspektivini dəyişmək və arzuolunmaz obyektləri silmək mümkün olacaq. Foto axtarış sistemi də təkmilləşdiriləcək.

“Safari” brauzerində açıq sekmələr məzmunlarına görə avtomatik qruplaşdırılacaq. Həmçinin istifadəçilər izlədikləri veb-səhifələrdəki dəyişikliklər barədə bildiriş ala biləcəklər.

“Mesajlar” tətbiqində göndərilməyən mesajların yenidən göndərilməsi və söhbətlərdə axtarışın asanlaşdırılması kimi funksiyalar təqdim olunacaq.

“FaceTime”a ikili kamera dəstəyi əlavə ediləcək. “Təqvim” tətbiqi isə istifadəçinin təbii dildə yazdığı məlumatlardan avtomatik tədbir yarada biləcək.

“Apple”ın məlumatına görə, bəzi tətbiqlər iOS 26 ilə müqayisədə 30 faizə qədər daha sürətli açıla biləcək. “AirDrop” vasitəsilə fayl ötürülməsi isə 80 faizə qədər sürətlənəcək.

Bundan əlavə, “Xəritələr” və “Wallet” tətbiqlərində yeni funksiyalar təqdim olunacaq, valideyn nəzarəti imkanları genişləndiriləcək.

iOS 27 hansı modellərə gələcək?

iOS 27 “iPhone 11” və daha yeni modellərlə yanaşı, ikinci nəsil və sonrakı “iPhone SE” cihazlarında da istifadə oluna biləcək.

Lakin yeni “Siri” və “Apple Intelligence” kimi bəzi süni intellekt funksiyaları yalnız texniki imkanları uyğun olan modellərdə əlçatan olacaq.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR