Elon Musk süni intellektin yarada biləcəyi ən böyük təhlükəni açıqladı

Elon Musk süni intellektin yarada biləcəyi ən böyük təhlükəni açıqladı
Kateqoriya məlum deyil
T

Tesla və SpaceX-in rəhbəri Elon Musk süni intellektin insanlığın sonunu gətirə biləcəyi ilə bağlı narahatlıqlara münasibət bildirib. O, özünə ünvanlanan “Hamımız 10 il ərzində öləcəyikmi?” sualına istehzalı cavab verib.

Sfera.az xəbər verir ki, Musk ABŞ-ın Los-Anceles şəhərində keçirilən “All-In Summit 2026” süni intellekt və innovasiya sammitində iştirak edib. O, süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda artan narahatlıqları dəyərləndirib.

Muskdan süni intellekt sahəsində son dövrlərdə səsləndirilən risklərlə bağlı “Hamımız 10 il ərzində öləcəyikmi?” deyə soruşulub. O isə “Sizi məyus etmək istəmirəm, amma onsuz da bir gün hamımız öləcəyik” deyə cavab verib.

Musk təhlükəsizlik tədbirləri artırılmadığı təqdirdə süni intellekt modellərinin inkişafı ilə risklərin də artacağını vurğulayıb. Onun sözlərinə görə, süni intellektin hərbi sistemlərin idarəsini ələ keçirməsi və məsələn, nüvə silahının buraxılması əmrini verməsi ciddi təhlükə yarada bilər.

O, həmçinin süni intellekt şirkətləri arasında qarşılıqlı təhlükəsizlik nəzarətinin yaradılmasını təklif edib. Musk hesab edir ki, aparıcı şirkətlər yeni modellərini istifadəyə verməzdən əvvəl bir-birlərinin sistemlərini təhlükəsizlik baxımından sınaqdan keçirməlidirlər. O, bu istiqamətdə Çinlə də razılaşmanın mümkün olduğunu bildirib.

Süni intellektin gələcəyi ilə bağlı fərqli narahatlıqlar da səsləndirilir. Texnologiya və süni intellekt sahəsində çalışan Kevin Bass bəzi təhlükəsizlik təşkilatlarının maliyyə əlaqələrinin onların müstəqilliyi ilə bağlı suallar yarada biləcəyini iddia edib və bu məsələnin araşdırılmasına çağırıb.

Digər tərəfdən, əvvəllər OpenAI və Anthropic şirkətlərində tədqiqatçı kimi çalışan Jacob Coxon hər iki şirkətin süni intellekt təhlükəsizliyi məsələsində kifayət qədər məsuliyyətli davranmadığını bildirib. O, şirkətlərin özünü inkişaf etdirə bilən süni intellekt sistemləri yaratmaq üçün nəzarətsiz yarışa girdiyini və gələcəkdə bu sistemlərin ciddi təhlükə yarada biləcəyini iddia edib.

Coxon həmçinin süni intellekt sahəsində çalışan bəzi mütəxəssislərin bu texnologiyanın qarşıdakı 10 il ərzində insanlıq üçün ölümcül təhlükəyə çevrilə biləcəyinə ciddi şəkildə inandığını irəli sürüb.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR