Rusiyadan Avropaya müharibə mesajı: “Çox qısa sürəcək”

Rusiyadan Avropaya müharibə mesajı: “Çox qısa sürəcək”
Kateqoriya məlum deyil
T

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin Rusiyaya hücum edəcəyi təqdirdə baş verəcək müharibənin fərqli xarakter daşıyacağını və qısa müddətdə başa çatacağını bildirib.

Sfera.az xəbər verir ki, Lavrov bunu Moskvada ölkəsində fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərin təmsilçiləri ilə keçirilən dəyirmi masa görüşündə deyib.

Nazir Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli formatda danışıqların yenidən başlanması ehtimalını da dəyərləndirib. O, Rusiyanın ciddi danışıqlara hər zaman hazır olduğunu və danışıqlardan heç vaxt imtina etmədiyini bildirib.

Lavrov 2022-ci ildə İstanbulda Rusiya ilə Ukrayna arasında aparılan danışıqları xatırladaraq, Qərbin müdaxiləsi səbəbindən İstanbul razılaşmalarının qarşısının alındığını iddia edib. Onun sözlərinə görə, bundan sonra danışıqlar davam etdiyi müddətdə Rusiyanın hərbi əməliyyatları dayandırmaq niyyəti yoxdur.

Rusiya xarici işlər naziri Ukrayna ilə bağlı Moskvanın mövqeyinin dəyişmədiyini də vurğulayıb. Lavrov Rusiyanın təhlükəsizliyinin təmin edilməsi, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasının qarşısının alınması, həmçinin rusların və rusdilli insanların hüquqlarının qorunmasının Moskvanın əsas məqsədləri olduğunu bildirib.

Lavrov Avropa İttifaqının Ukrayna ilə bağlı mövqeyini də tənqid edib. O, Avropa ölkələrinin Krım və Donbası tanımamaq, Ukraynanın 1991-ci il sərhədlərini əsas götürmək və ölkənin gələcəkdə NATO-ya üzv olmasını dəstəkləmək mövqeyində olduğunu deyib.

Nazir bəzi Avropa ölkələrinin Moskva ilə Ukrayna məsələsi üzrə gizli kommunikasiya kanalları yaratmağa çalışdığını da bildirib.

Lavrov Rusiyanın Avropa ölkələrinə hücum etmək niyyətində olmadığını qeyd edərək, “Avropalılar bizə hücum etsələr, bu müharibə fərqli olacaq və çox qısa sürəcək” deyib.

O, həmçinin Avropa ölkələrinin Rusiya gəmilərini saxladığını iddia edib. Lavrovun sözlərinə görə, yanvar ayından etibarən 12 gəmi müxtəlif səbəblərlə saxlanılıb və bu, dənizçilik azadlığına müdaxilə ilə bağlı narahatlıq yaradır.

ABŞ-ın Ukrayna, İran və Fələstin məsələlərinin həllində hələ uğur əldə etmədiyini bildirən Lavrov İranla bağlı problemin region ölkələrinin təşəbbüsləri əsasında həll edilməli olduğunu vurğulayıb.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR