"Fənərbaxça" - "Beşiktaş": Rəqiblər 365-ci dəfə qarşılaşacaq

Kateqoriya məlum deyil
T
"Fənərbaxça" və "Beşiktaş" Super Liqanın 4-cü həftəsində üz-üzə gələcəklər. Bu, komandalar arasında 365-ci qarşılaşma olacaq.
Sfera.az xəbər verir ki, "Fənərbaxça" ilə "Beşiktaş" arasında ilk oyun 28 noyabr 1924-cü ildə keçirilib və həmin oyun 4-0 hesabı ilə "Fənərbaxça"nın xeyrinə başa çatıb.
İndiyə qədər keçirilən 364 oyunda "Fənərbaxça" 137, "Beşiktaş" 130 dəfə qalib gəlib və 97 matç heç-heçə ilə başa çatıb.
Bu oyunlarda "Fənərbaxça" 504, "Beşiktaş" isə 463 qol vurub.
"Beşiktaş" və "Fənərbaxça" Super Liqada 141-ci dəfə qarşılaşacaqlar.
Liqada iki komanda arasında oynanılan 140 matçda sarı-göy komanda 51, ağ-qara komanda 44 qələbə qazanıb. 45 matç heç-heçə ilə başa çatıb.
Bu matçlarda "Fənərbaxça" 162, "Beşiktaş" isə 160 qol vurub.
Vasif
Açar sözlər:






