Bu məktəbdə yalnız bir şagird oxuyacaq: 20 il sonra yenidən açılır

Bu məktəbdə yalnız bir şagird oxuyacaq: 20 il sonra yenidən açılır
Kateqoriya məlum deyil
T

İtaliyanın Stromboli adasında yerləşən Ginostra kəndində məktəb 20 ildən sonra yenidən fəaliyyətə başlayır. Lakin məktəbdə bu dəfə cəmi bir şagird təhsil alacaq.

Sfera.az xəbər verir ki, Stromboli adasının üç kəndindən biri olan Ginostra məhdud nəqliyyat imkanları və azsaylı əhalisinə görə yerli sakinlər tərəfindən “adanın içindəki ada” adlandırılır.

Təxminən 40 nəfərin yaşadığı kənddə məktəb yeni tədris ilinə sentyabrın 10-da başlayacaq. 6 yaşlı Ayşa isə məktəbin bu ilki yeganə şagirdi olacaq. O, dərslərini sinifdə təkbaşına davam etdirəcək.

Kənddə əvvəllər fəaliyyət göstərən məktəb əhalinin tədricən azalması səbəbindən bağlanıb. Ayşanın valideynləri Monika Abbate və Raffa Bazine isə qızlarının təhsil ala bilməsi üçün kənddən köçmək məcburiyyətində qala biləcəklərini bildirərək məktəbin yenidən açılması üçün təşəbbüs göstəriblər.

Yerli rəhbərliyin qərarı ilə məktəbin fəaliyyətinin bərpa edilməsinə qərar verilib. Dərslərin Katolik Kilsəsinə bağlı yerli icmaya məxsus binada keçiriləcəyi bildirilib.

Ayşanın atası Raffa Bazine qızının məktəbdə yeganə şagird olmasına baxmayaraq, bundan narahat olmadığını və vəziyyətdən məmnun olduğunu deyib.

Ailə Ginostranı təbiətinə, dənizinə və aktiv vulkanına görə sevdiklərini buna görə də kəndi tərk etmək istəmədiklərini bildirib.

Qeyd olunub ki, Ayşa kəndə vaxtaşırı gələn digər uşaqlarla da vaxt keçirir. Hətta qonşularının tətil üçün kəndə gələn uşaqlarından bir neçə alman sözü də öyrənib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR