Məktəblərdə süni intellektlə bağlı sərt qərar

Məktəblərdə süni intellektlə bağlı sərt qərar
Kateqoriya məlum deyil
T

ABŞ-ın Nyu-York şəhərində dövlət məktəblərində ibtidai və orta məktəb şagirdlərinin dərslər zamanı süni intellektdən istifadəsinə müvəqqəti qadağa qoyulub.

Sfera.az xəbər verir ki, Nyu-York meri Zohran Mamdani 2026-2027-ci tədris ili ilə bağlı keçirdiyi mətbuat konfransında yeni qərarı açıqlayıb.

Qərara əsasən, şəhərin dövlət məktəblərində ibtidai və orta məktəb şagirdlərinin dərslər zamanı şagirdlər üçün nəzərdə tutulmuş generativ süni intellekt proqramlarından istifadəsi qadağan ediləcək.

Mamdani bildirib ki, bu qərar ölkədə süni intellektlə bağlı tətbiq edilən ən genişmiqyaslı məhdudiyyətlərdən biridir. Onun sözlərinə görə, məktəblərdə uşaqlara sual vermək, fərziyyələri sorğulamaq, araşdırmaq və “niyə?” sualını vermək öyrədilir. Süni intellektdən istifadə zamanı da eyni yanaşmanın qorunması vacibdir.

Yeni qaydalara əsasən, ekran qarşısında qalma müddəti də məhdudlaşdırılacaq. 3-5-ci sinif şagirdləri üçün gündəlik ekran vaxtı 30 dəqiqə, 6-8-ci sinif şagirdləri üçün isə 45 dəqiqə müəyyən ediləcək. Bundan əlavə, bütün siniflərdə köməkçi çat-botlardan istifadəyə də qadağa qoyulacaq.

Məktəb sistemində istifadə olunan texnoloji vasitələr də yenidən nəzərdən keçiriləcək. Lazım olmadığı müəyyən edilən bəzi proqram və alətlərin istifadədən çıxarılması planlaşdırılır.

Qeyd edək ki, Nyu-York ştatında ötən tədris ilində də məktəblərdə şagirdlərin mobil telefon istifadəsinə qadağa tətbiq edilib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR