Fransada anomal istilərin iqtisadi “faturası” bəlli oldu

Fransada anomal istilərin iqtisadi “faturası” bəlli oldu
Kateqoriya məlum deyil
T

Fransada bu yay müşahidə olunan rekord istilər və quraqlığın ölkə iqtisadiyyatına ciddi təsir göstərəcəyi açıqlanıb. Ekstremal hava şəraitinin 2026-cı ildə iqtisadi artımı 0,1 faiz azalda biləcəyi bildirilir.

Sfera.az xəbər verir ki, Fransa Maliyyə Nazirliyinin məlumatına görə, anomal istilər xüsusilə kənd təsərrüfatına böyük zərər vurub. Bu il ölkədə kənd təsərrüfatı istehsalının 8 faiz azalacağı, qarğıdalı istehsalının isə 35 faiz geriləyəcəyi gözlənilir.

Avropanın ən böyük taxıl istehsalçılarından biri olan Fransada fermerlər yüksək temperatur və quraqlıq səbəbindən ciddi itkilərlə üzləşiblər. Çaylarda su səviyyəsinin azalması da kənd təsərrüfatına mənfi təsir göstərib.

Fransanın Ətraf Mühit naziri Monique Barbut istilik dalğalarının ölkəyə birbaşa və dolayı təsirinin 10-15 milyard avro arasında maliyyə yükü yarada biləcəyini bildirib.

İqtisadi artım hədəfi risk altında

Fransa hökuməti 2026-cı il üçün iqtisadi artımı 0,7 faiz səviyyəsində proqnozlaşdırıb. Lakin statistika qurumu INSEE ikinci rüb üzrə artım göstəricisini ilkin 0,2 faizdən 0 faizə endirib. İlk rübdə isə ölkə iqtisadiyyatı 0,2 faiz daralıb.

İqtisadçılar iqtisadi artımın dayanması fonunda hökumətin illik 0,7 faizlik hədəfinə çatmasının çətinləşdiyini bildirirlər.

Maliyyə naziri Roland Lescure qeyd edib ki, sentyabr ayında ölkənin iqtisadi artım və büdcə kəsiri ilə bağlı proqnozlar yenilənəcək. Oktyabrda təqdim olunacaq 2027-ci il büdcə layihəsində isə zəif iqtisadi göstəricilərin nəzərə alınacağı gözlənilir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR