Madonna hər kəsi heyrətləndirdi - FOTO

Madonna hər kəsi heyrətləndirdi - FOTO
Kateqoriya məlum deyil
T

68 yaşlı dünya şöhrətli müğənni Madonna sosial şəbəkədə paylaşdığı yeni fotoları ilə pərəstişkarlarını təəccübləndirib.

Sfera.az xəbər verir ki, pop ulduzu son görüntülərində Pamela Andersonu xatırladan görünüşü ilə diqqət çəkib. Onun həcmli sarı saçları və makiyajı sosial şəbəkə istifadəçilərinin Madonnanı 59 yaşlı Hollivud ulduzu ilə müqayisə etməsinə səbəb olub.


Fotolardan birində Madonna qırmızı kombinezonla kameralar qarşısına keçərək formada bədən quruluşunu nümayiş etdirib.


Müğənni fotosessiya zamanı çəkilən digər görüntülərdə isə bədən rəngli bodi və qara krujevalı korset geyinib. Bu geyim onun bədən quruluşunu daha qabarıq göstərib.


Pərəstişkarların ən çox diqqət yetirdiyi məqam isə Madonnanın üzü olub. Yaxın planda çəkilən fotolarda onun dərisinin hamar və yaşlanma əlamətlərinin az nəzərə çarpdığı bildirilib.


Paylaşımın şərh bölməsində müğənniyə çoxsaylı təriflər yazılıb. Onun dostu, musiqi ulduzu Riki Martin də paylaşımı şərh edənlər arasında olub və qısa şəkildə “Bəli!” yazıb.

Firuz

Sfera.az



PAYLAŞ

OXŞAR XƏBƏRLƏR