Serdar Ortaçdan diqqətçəkən açıqlama

Serdar Ortaçdan diqqətçəkən açıqlama
Kateqoriya məlum deyil
T

Məşhur müğənni Serdar Ortaç Amasyanın Suluova rayonunda verdiyi konsert zamanı həyatındakı dəyişikliklərdən danışıb.

Sfera.az xəbər verir ki, Suluova Demokratiya Meydanında keçirilən konsertdə sevilən mahnılarını səsləndirən sənətçi tamaşaçılara səmimi açıqlamalar verib. Ortaç keçmişdə yaşadığı çətinlikləri geridə qoyduğunu və həyatında yeni mərhələyə başladığını bildirib.

Müğənni alkoqol, siqaret və qumarı tərgitdiyini deyib. O, həmçinin şəxsi münasibətlərdən uzaqlaşdığını vurğulayıb:

“İçkini, siqareti, eşqi, məhəbbəti, qadın məsələlərini – hamısını buraxdım. Qumar oynamağı da dayandırdım. Artıq yalnız sizin üçün mahnı oxuyacağam. Depressiya, sıxıntı da yoxdur”.

Ortaçın sözləri konsert iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Sənətçi gecə boyunca repertuarındakı köhnə və yeni mahnıları ifa edərək pərəstişkarlarına musiqi dolu anlar yaşadıb.

Minlərlə insanın izlədiyi konsert gec saatlara qədər davam edib. Serdar Ortaçın həyat tərzində etdiyi dəyişikliklərlə bağlı açıqlamaları isə sosial şəbəkələrdə geniş müzakirə olunub.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR