“Google”-dan “Android” istifadəçilərinə xəbərdarlıq

“Google”-dan “Android” istifadəçilərinə xəbərdarlıq
Kateqoriya məlum deyil
T

“Google” qlobal yaddaş böhranı fonunda “Android” tətbiqlərinin RAM istifadəsinə rəsmi məhdudiyyətlər tətbiq etməyə hazırlaşır. Yeni qaydalara əməl etməyən tətbiq və oyunlar yavaşladılacaq və ya tamamilə bağlana biləcək.

Sfera.az xəbər verir ki, yeni yaddaş siyasəti ilk olaraq “Pixel 11 Pro” seriyası və “Android 17” ilə tətbiq olunub. Qarşıdakı dövrdə sistemin digər istehsalçıların cihazlarına da yayılması gözlənilir. Məhdudiyyətlər 4 GB-dan 16 GB və daha yüksək RAM-a malik cihazları əhatə edəcək.

“Google” müəyyən edilmiş limitlərə nəzarəti Play Store üzərindən də həyata keçirəcək. RAM istifadəsi yüksək olan və tələblərə cavab verməyən tətbiqlərin mağazadakı görünürlüğü azaldıla, yayımlanma imkanları məhdudlaşdırıla bilər.

Şirkət tərtibatçılara tətbiqlərini optimallaşdırmaq üçün 2027-ci ilin fevralına qədər vaxt verib. Yeni məhdudiyyət və sanksiyaların həmin tarixdən etibarən rəsmi şəkildə tətbiq olunacağı bildirilib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR