Seda Sayandan oğlu ilə bağlı duyğusal paylaşım

Seda Sayandan oğlu ilə bağlı duyğusal paylaşım
Kateqoriya məlum deyil
T

Məşhur sənətçi Seda Sayan 36 yaşını qeyd edən oğlu Oğulcan Enginin doğum gününü sosial media hesabında etdiyi xüsusi paylaşım ilə təbrik edib.

Sfera.az xəbər verir ki, Seda Sayan bu dəfə oğlu Oğulcan Engin üçün etdiyi duyğusal paylaşımı ilə gündəmə gəlib. Sənətçi keçmiş futbolçu Sinan Enginlə evliliyindən dünyaya gələn oğlunun yeni yaşını qeyd edib.

Sayan sosial media hesabında Oğulcan Enginlə birlikdə çəkdirdiyi fotosunu paylaşaraq ona olan sevgisini ifadə edib.

Məşhur sənətçi paylaşımına “Canım oğlum, yaxşı ki, mənim oğlumsan” sözlərini yazıb.

Seda Sayanın səmimi mesajı qısa zamanda çoxsaylı bəyənmə və şərh alıb. Ana-oğulun səmimi münasibəti və aralarındakı güclü bağ izləyicilərin də diqqətindən yayınmayıb.

Qeyd edək ki, Oğulcan Engin iş dünyasındakı fəaliyyəti və şəxsi həyatı ilə zaman-zaman Türkiyə mediasının gündəmində yer alır.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR