Seda Sayan filtirsiz fotosuna belə reaksiya verdi

Kateqoriya məlum deyil
T
Türkiyənin məşhur müğənnisi Seda Sayan sosial mediada “filtresiz, makiyajsız” başlığı ilə yayılan fotoya sərt reaksiya verib.
Sfera.az xəbər verir ki, 63 yaşlı sənətçi sosial mediada aktivliyi ilə seçilir. Sayan özü ilə bağlı yayılan xəbəri və fotonu gördükdən sonra paylaşımın ona aid olmadığını bildirib.
Seda Sayan “filtresiz, makiyajsız” başlığı ilə paylaşılan görüntüyə münasibət bildirərək, “Bu kimdir? Siz axmaqsınız? Mənimlə heç bir əlaqəsi olmayan bir qadının şəklidir” deyə etiraz edib.
Sayanın açıqlamasından sonra yaxın dostu Safiye Soyman da məsələyə münasibət bildirib. O, fotonun dəyişdirildiyini deyərək, “Mənim bacım heç də belə deyil. Şəkillə oynayıblar. O, mənim Barbie kuklamdır” ifadələrini işlədib.
Mənsumə
Sfera.az
Açar sözlər:






