Batareyanız niyə tez bitir?

Batareyanız niyə tez bitir?
Kateqoriya məlum deyil
T

Telefonunuzdan gün ərzində demək olar ki, istifadə etmədiyiniz halda belə batareyanın sürətlə tükəndiyini görürsünüzsə səbəb arxa planda işləyən bəzi funksiyalar ola bilər.

Sfera.az xəbər verir ki, telefonu gecə 100 faizədək doldurub evdən çıxırsınız gün ərzində isə demək olar ki, istifadə etmirsiniz. Buna baxmayaraq, günortaya qədər batareyanın nəzərəçarpacaq dərəcədə azaldığını görürsünüz.

Batareyanın sürətlə tükənməsinə səbəb olan amillərdən biri telefonun ətrafdakı “Wi-Fi” şəbəkələrini və “Bluetooth” cihazlarını davamlı olaraq axtarmasıdır.

Ağıllı saat, qulaqcıq və avtomobil kimi cihazlarla bağlantını asanlaşdırmaq üçün istifadə edilən bu funksiyalar, bəzi telefonlarda bildiriş panelindən “Wi-Fi” və ya “Bluetooth” söndürülsə belə arxa planda işləməyə davam edə bilər.

Telefonun gün ərzində ətrafdakı şəbəkə və cihazları mütəmadi olaraq axtarması isə zamanla batareyanın daha sürətlə tükənməsinə səbəb ola bilər.

Bu funksiyaları necə söndürmək olar?

Telefonun “Ayarlar” bölməsindən “Məkan” menyusuna daxil olun. Daha sonra əlavə və ya inkişaf etmiş parametrlər bölməsində “Wi-Fi skan edilməsi” və “Bluetooth skan edilməsi” seçimlərini söndürün.

Bundan əlavə, hansı tətbiqlərin arxa planda məkan məlumatınıza giriş etdiyini yoxlayın. Məkan xidmətinə ehtiyacı olmayan tətbiqlərin icazələrini ləğv etmək də batareyanın daha uzun müddət işləməsinə kömək edə bilər.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR