Çağla Şıkel özündən 13 yaş kiçik sevgilisi ilə görüntüləndi

Çağla Şıkel özündən 13 yaş kiçik sevgilisi ilə görüntüləndi
Kateqoriya məlum deyil
T

Türkiyənin tanınmış model və aparıcısı Çağla Şıkel uzun müddətdir birlikdə olduğu iş adamı Mertcan Tunca ilə ilk dəfə ictimaiyyət qarşısında əl-ələ görüntülənib.

Sfera.az xəbər verir ki, 47 yaşlı Çağla Şıkel keçmiş həyat yoldaşı Emre Altuğdan olan oğulları Uzay və Kuzey ilə yay tətilini xaricdə keçirib. Məşhur model istirahət zamanı yaşadığı xoş anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Türkiyəyə qayıtdıqdan sonra isə Şıkel birbaşa Çeşməyə yollanaraq sevgilisi Mertcan Tunca ilə görüşüb.

Gözlərdən uzaq yaşamağa üstünlük verdikləri münasibətləri ilə gündəmə gələn cütlük Alaçatının küçələrində ilk dəfə əl-ələ gəzərkən kameralara tuş gəlib. Çeşmənin izdihamlı küçələrində romantik gəzinti edən cütlük qarşılarında jurnalistləri gördükdə qısa açıqlama verib.

Qısa söhbətdən sonra Çağla Şıkel və Mertcan Tunca əl-ələ gəzintilərini davam etdirərək Alaçatının küçələrində gözdən itib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR