Apple iOS 27 Developer Beta 3-ü istifadəyə verdi: Yeni funksiyalar təqdim olunub

Apple iOS 27 Developer Beta 3 yeniləməsini rəsmi olaraq tərtibatçılar üçün yayımlayıb. İkinci beta versiyasından iki həftə sonra təqdim edilən yeniləmə həm sistemin sabitliyini artıran çoxsaylı xəta düzəlişləri, həm də yeni funksiyalarla diqqət çəkir.
Sfera.az bildirir ki, Yeni versiyanın əsas yeniliklərindən biri Kamera ilə Canlı Yayım (Live Recognition) funksiyasıdır. Bu xüsusiyyət sayəsində istifadəçilər kameranı obyektə, tarixi abidəyə və ya mətnə yönəltdikdə, Apple Intelligence həmin obyekti dərhal tanıyır və internet axtarışı və ya uyğun qısayolları ekranda təqdim edir.
Bundan əlavə, uyğun iPhone modelləri üçün daha təbii intonasiya və danışıq tərzinə malik yeni Siri səsi əlavə olunub. Apple həmçinin Reminders (Xatırlatmalar) tətbiqinin ikonunu yeniləyib və kilid ekranı ilə əsas ekran arasında keçidlər üçün daha axıcı aşağı sürüşdürmə animasiyası təqdim edib.
Şirkət bildirir ki, Beta 3 versiyasında çoxsaylı sistem xətaları və batareya optimallaşdırılması ilə bağlı problemlər aradan qaldırılsa da, bəzi nasazlıqlar hələ də qalmaqdadır. Xüsusilə bəzi bank tətbiqlərində donmalar, Wi-Fi və Bluetooth bağlantılarında qısamüddətli kəsintilər, eləcə də əsas ekrandakı bəzi məlumat bölmələrinin düzgün işləməməsi halları müşahidə oluna bilər.
Bu səbəbdən Apple gündəlik istifadə olunan əsas cihazlara beta versiyasını quraşdırmazdan əvvəl mütləq ehtiyat nüsxəsinin yaradılmasını və ya sistemin stabil versiyasını gözləməyi tövsiyə edir.
Altay
