Makron niyə qapalı məkanda belə günəş eynəyi taxır?

Makron niyə qapalı məkanda belə günəş eynəyi taxır?
Kateqoriya məlum deyil
T

Fransa prezidenti Emmanuel Makronun son aylarda ictimai tədbirlərdə və beynəlxalq sammitlərdə demək olar ki, hər zaman günəş eynəyi ilə görünməsi diqqət çəkib.

Sfera.az xəbər verir ki, Makron bu ilin əvvəlindən etibarən bir çox rəsmi görüşlərdə, o cümlədən Ankarada keçirilən NATO Zirvə Toplantısında aviator üslublu günəş eynəyi ilə görüntülənib. Fransa liderinin qapalı məkanlarda belə eynəyini çıxarmaması sosial şəbəkələrdə “Makron niyə daim günəş eynəyi taxır?” sualını gündəmə gətirib.

Prezident yanvar ayından bəri müxtəlif beynəlxalq tədbirlərdə, dövlət başçıları ilə görüşlərdə və rəsmi səfərlərdə eyni tərzdə günəş eynəyi ilə kameraların obyektivinə tuş gəlib. O, ötən həftə Tayland kralı ilə görüşdə daha sonra Suriyaya səfəri zamanı da eynək taxarkən görüntülənib.

Makronun Ankarada keçirilən NATO Zirvə Toplantısında həm qapalı, həm də açıq məkanlarda günəş eynəyi ilə iştirak etməsi isə bu mövzuda müzakirələri daha da artırıb.

Məsələ ilə bağlı yayılan iddialardan sonra Yelisey Sarayı açıqlama verib. Bildirilib ki, Fransa prezidenti gözündə yaranmış sağlamlıq problemi səbəbindən günəş eynəyi taxır.

Məlumata görə, Makronun gözündə kapilyarın yırtılması nəticəsində subkonjonktival qanaxma yaranıb. Bu vəziyyət gözün ağ hissəsində qan damarının partlaması nəticəsində meydana çıxır və adətən ciddi təhlükə yaratmasa da işığa həssaslıq yarada bildiyi üçün gözlərin qorunması məqsədilə günəş eynəyindən istifadə tövsiyə olunur.

Bu səbəbdən Fransa liderinin son aylarda rəsmi tədbirlərdə belə günəş eynəyini çıxarmadığı bildirilir.

Mənsumə

Sfera.az

PAYLAŞ