Çin zooparkında maraqlı iş təklifi: 15 min dollar maaş

Çin zooparkında maraqlı iş təklifi: 15 min dollar maaş
Kateqoriya məlum deyil
T

Qara ayıları canlandırmaq istəyən, zoopark ziyarətçilərini əyləndirmək istəyən aktyorlar maraqlı bir iş tapa bilərlər. Çinin Henan əyalətinin Luohe şəhərində yerləşən Luohe Vəhşi Təbiət Zooparkı "saxta" ayı axtarır.

Sfera.az bildirir ki, Luohe Vəhşi Təbiət Zooparkı qara ayıları canlandıracaq və ziyarətçiləri əyləndirəcək animatorlar üçün yeni bir iş yeri açıb. Təklif olunan maaş 100.000 yuan və ya təxminən 15.000 dollardır.

Potensial “ayılar” xüsusi geyimlər geyinməlidirlər. Cins tələbi yoxdur, lakin müraciət edənlər fiziki cəhətdən sağlam və 18 yaşdan yuxarı olmalıdırlar. İş qrafikinə altı saatlıq növbələr və ayda dörd gün istirahət daxildir.

Gələcək "ayılar" üçün əsas qayda ziyarətçilərlə danışmamaqdır.

Aynil

PAYLAŞ