Dua Lipa bal ayından görüntülər paylaşdı - FOTOLAR

Kateqoriya məlum deyil
T
Dünyaca məşhur müğənni Dua Lipa və aktyor Kallum Turner evlilikdən sonra bal ayına davam edir. Hər paylaşımı ilə gündəmə gələn sənətçi bu dəfə də sosial media hesabında yayımladığı yeni fotolarla pərəstişkarlarının diqqətini çəkib.
Sfera.az xəbər verir ki, fit görünüşü ilə diqqət çəkən ulduzun üzündəki xoşbəxtlik də fotolarda əks olunub.
Cütlüyün birlikdə çəkilən görüntüləri ilə yanaşı, qaldıqları lüks oteldən kadrlar da paylaşımda yer alıb. Kallum Turnerin çəkdiyi fotolardan birində Dua Lipa mərmər vannada dincələrkən, digər görüntüdə isə yatağa tullanaraq əyləncəli anlar yaşadığı görülüb.
Qısa zamanda minlərlə bəyənmə toplayan paylaşımlar məşhur cütlüyün bal ayından zövq aldığını göstərib.
Bəsti Rəfizadə



