“Yaprak Dökümü”nün aktrisaları yenidən bir araya gəldi

“Yaprak Dökümü”nün aktrisaları yenidən bir araya gəldi
Kateqoriya məlum deyil
T

Türkiyənin sevilən “Yaprak Dökümü” serialında gəlin Fikret və qayınana Cevriyə obrazları ilə yadda qalan aktrisalar Bennu Yıldırımlar və Güler Ökten illər sonra yenidən eyni layihədə bir araya gəlib.

Sfera.az xəbər verir ki, uzun illər keçməsinə baxmayaraq təkrarları hələ də maraqla izlənilən serialın sevilən simaları bu dəfə “Aşk Tesadüfleri Sever 3” filmində birlikdə rol alacaqlar.

Fikret obrazı ilə tamaşaçıların sevgisini qazanan Bennu Yıldırımlar və Cevriyə xanım obrazını canlandıran Güler Öktenin yenidən eyni ekran işində yer alması sosial şəbəkələrdə nostalji ab-havası yaradıb.

İkilinin birgə fotosu izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və paylaşım qısa zamanda çoxsaylı bəyəni və şərhlər toplayıb.

Mənsumə

Sfera.az

PAYLAŞ