Alimlər 100 yaşı keçən üç bacının sirrini araşdırır

Alimlər 100 yaşı keçən üç bacının sirrini araşdırır
Kateqoriya məlum deyil
T

Braziliyada yaşayan və 100 yaşı keçən üç bacı həm dünya rekordu qırıb, həm də alimlərin diqqət mərkəzinə düşüb. Onlar uzunömürlülüyün genetik sirlərini üzə çıxarmaq məqsədilə aparılan araşdırmanın əsas iştirakçılarına çevriliblər.

Sfera.az xəbər verir ki, Rio-de-Janeyroda yaşayan 109 yaşlı Levita de Deus Nunes, 104 yaşlı Zoraide de Deus Mota və 103 yaşlı Zulina de Deus Nunes “Guinness Dünya Rekordları” tərəfindən dünyanın yaşayan ən yaşlı bacılar üçlüyü kimi qeydə alınıb.

Üç bacının ümumi yaşı 316-dır.

Məlumata görə, onların DNT nümunələri San-Paulo Universitetinin İnsan Genomu Araşdırma Mərkəzində həyata keçirilən “DNA Longevo” layihəsi çərçivəsində tədqiq edilir.

Alimlər bacıların genetik xüsusiyyətlərini araşdıraraq yaşlanmaya qarşı qoruyucu təsir göstərən genləri müəyyən etməyə çalışırlar. Tədqiqat zamanı 90 yaşdan yuxarı sağlam insanların genetik göstəriciləri, yaşla əlaqədar kövrəklik, idrak zəifləməsi və xroniki xəstəliklər yaşayan şəxslərlə müqayisə edilir.

Layihə üzərində çalışan tədqiqatçılar hesab edirlər ki, eyni ailədə bir neçə nəfərin 100 yaşı keçməsi güclü genetik amillərin mövcudluğundan xəbər verir. Bu araşdırmanın nəticələrinin gələcəkdə sağlam və uzun ömürlə bağlı mühüm elmi məlumatlar təqdim edəcəyi gözlənilir.

Mənsumə

Sfera.az

PAYLAŞ