Qulaqlığınızın səsi zəifləyirsə, səbəb bu ola bilər

Qulaqlığınızın səsi zəifləyirsə, səbəb bu ola bilər
Kateqoriya məlum deyil
T

Qulaqlıqların mütəmadi təmizlənməsi həm səs keyfiyyətini artırır, həm də cihazın istifadə müddətini uzadır. Mütəxəssislər bildirirlər ki, düzgün qulluq hoparlör dəliklərində toplanan toz və qulaq kirinin yaratdığı səs problemlərinin qarşısını alır.

Sfera.az xəbər verir ki, qulaqlığı zədələmədən təmiz saxlamaq üçün bir neçə sadə qaydaya əməl etmək kifayətdir.

İlk növbədə hoparlör hissəsində yığılan tozu təmizləmək üçün yumşaq tüklü fırçadan istifadə etmək tövsiyə olunur. Fırçanın quru və təmiz olmasına diqqət yetirilməlidir.

Qulaqlığın xarici səthini isə mikrofiber parça ilə silmək daha məqsədəuyğundur. Lazım gələrsə parçanı az miqdarda su və ya izopropil spirtlə yüngülcə nəmləndirmək olar. Bu üsul barmaq izi və yağ ləkələrini asanlıqla təmizləyir.

Təmizlik zamanı cihazın içinə su və ya digər mayelərin düşməsinə yol vermək olmaz. Nəm elektron hissələrə ciddi ziyan vura bilər. Buna görə də islaq salfetdən və ya həddindən artıq yaş parçadan istifadə məsləhət görülmür.

Kabeli qulaqlıq istifadə edənlər isə naqilləri vaxtaşırı yoxlamalı, xüsusilə giriş hissəsində aşınma və qırılmaların olub-olmadığını nəzarətdə saxlamalıdırlar.

Bundan əlavə, istifadə edilmədiyi zaman qulaqlığın qoruyucu qutuda və ya xüsusi çantada saxlanılması, kabelin isə həddindən artıq bükülmədən səliqəli şəkildə yığılması cihazın daha uzunömürlü olmasına kömək edir.

Mənsumə

Sfera.az

PAYLAŞ